AGK

Xatirə

Vətənpərvərlik guşəsi

Balakənin şəhid və qazilərinin xatirəsinə. Onların adı və xidməti bizim üçün örnəkdir.

Şəhidlərimiz2

Amin Novruzov

Amin Novruzov

Şəhid

1996 – 2020 · Balakən rayonu Qullar kəndi

Həyatı Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub.[1] 2002–2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Hərbi xidməti Amin Novruzov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi. Təltifləri (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra) (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Zəngilanın azad olunmasına görə" medalı (ölümündən sonra) İrsi və xatirəsi 2021-ci ildə Balakən şəhəri Humanitar və texniki təmayüllü liseyə Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzovun adı verilmişdir.

Ətraflı oxu

Tural Rəşidov

Tural Rəşidov

Şəhid

1989 – 2020 · Balakən rayonu Tülü kəndi

Tural Fazil oğlu Rəşidov 1989-cu il, mayın 30-da Balakən rayonunun Tülü kəndində anadan olub. 2006-cı ildə Balakən rayon İ. Nəsimi 2 nömrəli tam orta məktəbdən məzun olub. 2007-ci ildə Balakən Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2007–2008-ci illərdə N saylı hərbi hissədə xidmət edib. 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "MAHHXHQ hazırlığı", 2018-ci ildə isə hərbi hissənin nəzdində "Təməl Xüsusi Təyinatlı" kurslarını bitirib. Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 6 aprel 2018-ci tarixli əmri ilə "K/gizir" hərbi rütbəsi, 28 aprel 2020-ci il tarixli əmri ilə "gizir" hərbi rütbəsi verilib. Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 11 il ərzində motoatıcı manqa komandiri, mexanikləşdirilmiş taborun (BMP-3) kəşfiyyat taqımının kəşfiyyat manqasının komandiri, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı komandasının kəşfiyyatçısı (atıcı), kəşfiyyat dəstəsinin çevik kəşfiyyat taqımının çevik kəşfiyyat qrupunun kəşfiyyatçısı (snayper), kəşfiyyat dəstəsinin çevik kəşfiyyat taqımının çevik kəşfiyyat qrupunun kəşfiyyatçısı (radiotelefonçu) vəzifəsində xidmət edib. Müxtəlif illərdə müdafiə nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib. 2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ zirvələri uğrunda gedən xüsusi əməliyyata, həmçinin Cəbrayılın və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 15-də Füzuli rayonu ərazisində döyüş tapşırığının icrası zamanı şəhid olub.[1] Balakən Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə[3], həmçinin "Şücaətə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.